Qar fırtınası qərbdən şərqə doğru hərəkət edir və çərşənbə axşamı Atlantika sahillərinə çatacaq. Sinoptiklər ABŞ ərazisində elektrik enerjisinin və nəqliyyatın işində fasilələrin olacağını proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Mənbə qeyd edir ki, Kanzasda yolları artıq buz bağlayıb, qonşu Missuridə isə temperaturun -29°C-ə çatacağı deyilir.
Arkanzas, Kanzas, Kentukki, Missuri və Virciniya da daxil olmaqla bir çox ştat fövqəladə vəziyyət elan edib. Yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda da fövqəladə vəziyyət elan edilib.
Meteoroloqların fikrincə, fırtına ən azı 12 ştatı vuracaq, burada qar yağacaq və yolları buz bağlayacaq.
Eyni zamanda küləyin sürəti 65 km/saata çatacaq. Artıq ölkə daxilində 3500-dən çox reys və qatar ləğv edilib.
Qar fırtınası nəticədə təxminən 62 milyon ABŞ sakininə təsir edəcək.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:56 / 06.01.2025
Son 14 ilin ən böyük qasırğası ABŞ-a yaxınlaşır - VİDEO
Hazırda oxunan: Son 14 ilin ən böyük qasırğası ABŞ-a yaxınlaşır - VİDEO
Hazırda oxunan: Son 14 ilin ən böyük qasırğası ABŞ-a yaxınlaşır - VİDEO
228676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.