Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi – TƏSİRLİ VİDEO

Hazırda oxunan: Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi – TƏSİRLİ VİDEO

227987

Dekabrın 25-də Aktau yaxınlığında təyyarə qəzasında yaralanan Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova xəstəxanada görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəzada xəsarət alan şəxs: “Təyyarə yerə çırpılanda həyat yoldaşımı itirdim” - VİDEO


Qeyd edək ki, Zaqatala rayon sakinləri Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova təyyarə qəzasından sonra bir-birlərindən xəbər ala bilməyiblər. Yalnız qəzadan 3 gün sonra Müslümət Siracovanın sağ olduğu ortaya çıxıb. 

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin