Co Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb.
Bizim.Media “Forbes”ə istinadən xəbər verir ki, jurnalist Baydenə "AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?" sualı ünvanlayıb.
Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib:
"Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:10 / 30.12.2024
Baydendən AZAL-a məxsus təyyarə qəzası ilə bağlı suala cavab - VİDEO
Hazırda oxunan: Baydendən AZAL-a məxsus təyyarə qəzası ilə bağlı suala cavab - VİDEO
Hazırda oxunan: Baydendən AZAL-a məxsus təyyarə qəzası ilə bağlı suala cavab - VİDEO
227776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.