“Anam nə desəm, onu edərdi, kaş, bu dəfə etməzdi...” - VİDEO

Hazırda oxunan: “Anam nə desəm, onu edərdi, kaş, bu dəfə etməzdi...” - VİDEO

227753

Dekabrın 25-i AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən biri də 1963-cü il təvəllüdlü Leyla Bayramovadır.

Bizim.Media xəbər verir ki, o, Yeni il bayramını qızının yanında qeyd etməyə gedirmiş.

Leyla Bayramovanın qızı Günel Hüseynova deyir ki, anasını özü yanına çağırıb. 

“Anama dedim ki, gəl, bayramı birlikdə keçirək, səni görmək istəyirəm. Onun üçün çox darıxmışdım. Anam mənim sözümü heç vaxt yerə salmırdı. Nə desəm, onu edərdi, kaş, bu dəfə etməzdi. Mən Qroznıda yaşayıram, onu qarşılamağa aeroporta getmişdim. Onu çox gözlədim, elə gözüm yolda qalmışdı. Gördüm ki, hamı qarışıb bir-birinə. Dedilər, təyyarə yerə düşüb.
 

Dedim ki, anam heç vaxt məni tək qoymaz. Çünki o, məni sevindirməyə gəlmişdi, ağlatmağa yox. Mənim hələ də ümidim var. İnanmıram ki, anam ölüb, o, sağ gələcək”.


Daha ətraflı “Baku TV”nin hazırladığı sujetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin