Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında təyyarə qəzasının baş verdiyi yerdən yeni görüntülər yayıb.
Bizim.Media xəbər verir ki, görüntülərin fonunda sağ qalan sərnişinin açıqlaması səsləndirilib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media