Qazaxıstanın Baş nazirinin müavinindən qəzaya uğrayan təyyarənin vurulması ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Qazaxıstanın Baş nazirinin müavinindən qəzaya uğrayan təyyarənin vurulması ilə bağlı AÇIQLAMA - VİDEO

227038

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, qəzanı araşdıran komissiyanın rəhbəri AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.

“Buraya həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”, - deyə o vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin