"Mən həyat yoldaşımı itirdim və onun harada olduğunu bilmirəm".
Bizim.Media xəbər verir ki, bunu Aktaudakı təyyarə qəzasında xəsarət alan şəxs bildirib.
MÖVZU İLƏ BAĞLI:
Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO
Təyyarə qəzasında sağ qalan sərnişinlərdən biri faciəvi təfərrüatları bölüşüb:
“Təyyarə qəzaya uğradı. Orada neçə nəfərin olduğunu bilmirəm. Məni özləri yaralı olan digər sərnişinlər çıxartdılar. Hava gəmisinin digər hissəsinin harada olduğunu soruşdum. Mənə dedilər ki, “uzaqdadır - təxminən 200-300 metr”. Dedilər ki, “orada olanların hamısı öldü, yandırdılar”. Təyyarənin yarısı tamamilə yanıb”.
Yaşlı kişi bildirib ki, sərnişinlər arasında onun yanında oturan həyat yoldaşı da olub:
“Təyyarə yerə çırpılanda həyat yoldaşım yanımda idi. Həmin andan sonra mən onu görmədim və harada olduğunu da bilmirəm”.
Bizim.Media