Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, təyyarənin sərnişinlərindən biri qəzadan öncə təyyarənin görüntülərini lentə alıb.
MÖVZU İLƏ BAĞLI:
Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO
Sözügedən görüntülərdə qəza baş verməzdən əvvəl təyyarənin qanad hissəsində zədə olduğu öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 27 nəfər yaralanıb, 11 nəfərin isə vəziyyəti ağırdır.
Bizim.Media