Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Mankistau vilayətinin Səhiyyə Xidmətinin məlumatında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Qəza yerindən daha bir VİDEO
Bildirilir ki, yerli tibb işçilərinə yardım göstərmək üçün Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət səyyar briqadası Astanadan gətirilib.
Həmçinin səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.
Bildirilib ki, Manqistau Uşaq Xəstəxanasında müalicə olunan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq. Qəzada yaralanan iki şəxsin şəxsiyyəti müəyyən edilməyib, onlar huşsuz vəziyyətdədirlər.
Bizim.Media