İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı Hermon dağının zirvəsinə qalxıb.
Bizim.Media xəbər verir ki, Netanyahu orada əsgərlərlə görüşüb.
“Biz burada operativ görüş keçirmək və İsrailin təhlükəsizliyini təmin edəcək başqa bir həll yolu tapılana qədər İsrail qüvvələrinin bu mühüm yerdə yerləşdirilməsi ilə bağlı qərarlar qəbul etmək üçün buradayıq”, - baş nazir bildirib.
Netanyahu qeyd edib ki, İsrail ordusunun bölmələrindən birinin tərkibində 53 il əvvəl bu yüksəkliklərdə xidmət edib.
Bizim.Media