Peskov: Trampın uzaqmənzilli raketlərlə bağlı bəyanatı Kremlin mövqeyi ilə üst-üstə düşür – VİDEO

Hazırda oxunan: Peskov: Trampın uzaqmənzilli raketlərlə bağlı bəyanatı Kremlin mövqeyi ilə üst-üstə düşür – VİDEO

225108

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirməsi təhlükəsi ilə bağlı bəyanatı Kremlin mövqeyi ilə tamamilə üst-üstə düşür”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Trampın Moskva ilə Kiyev arasında münaqişənin kəskinləşməsinin səbəblərini başa düşməsi Rusiya tərəfinin mövqeyi ilə oxşardır. 

"Bu halda eskalasiyanın səbəbləri ilə bağlı eyni baxışımız var. Aydındır ki, Tramp münaqişə ətrafında vəziyyəti gərginləşdirən konkret nə olduğunu anlayır. Lakin biz irəliyə qaçmaq istəmirik. Zaman göstərəcək. Biz seçilmiş prezidentin oval kabinetdə yerini tutana qədər gözləyəcəyik", - deyə Peskov vurğulayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin