İnternetdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin yaşadığı mülkün altında təxliyə tunelinin videoları yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat verib.
Mənbə qeyd edib ki, mülkün altında yeraltı mərtəbə aşkar edilib və oradan silah və qızıl tapılıb.
“Sarayda yerin alt qatı var, Allahım!". Videonun müəllifi belə deyib.
Yayımlanan görüntülərdə silahlılardan biri öz tapıntılarını paylaşır. Bundan əlavə, videogörüntülərdə yeraltı sığınacaqlara çıxışı təmin edən böyük zirehli qapı görünür.
Xatırladaq ki, sabiq prezidentin qardaşı briqada generalıdır.
O, Respublika Qvardiyasına, eləcə də elit 4-cü Zirehli Diviziyaya komandanlıq edib.
Bizim.Media