Xırdalan şəhərinin Həsən Əliyev küçəsinə yağış və kanalizasiya suları dolub.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, iki gün davam edən yağıntılı hava səbəbindən Bakı Mühəndislik Universitetinə gedən yol (120 dairəsi deyilən ərazi) su ilə dolub.
Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə qeyri-mümkün olub.
Bu gün isə 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus su ilə dolmuş ərazidəki quyuya düşərək yararsız hala düşüb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media