Suriyada son vəziyyət necədir? - VİDEO

Hazırda oxunan: Suriyada son vəziyyət necədir? - VİDEO

224238

Xəbər verdiyimiz kimi, Suriyada müxalifət paytaxt Dəməşq şəhərini nəzarətə götürüb. Bəşər Əsəd İl-76 yük təyyarəsi ilə Dəməşqi tərk edib.

Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, beləliklə, Suriyada Baas Partiyasının 61 illik hakimiyyəti çöküb.

“Al Arabiya” yazır ki, Suriyanın baş naziri öz evindədir və Dəməşqi tərk etmək niyyətində deyil.

O, xalqın seçdiyi istənilən hakimiyyətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Baş nazir üsyançılara  dövlət qurumlarını saxlamağa çağırıb.

Hökumət başçısı həmçinin ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.

Şam FM radiostansiyası bildirir ki, Dəməşq Beynəlxalq Hava Limanı uçuşların qəbulunu və göndərilməsini dayandırıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, üsyançılar Dəməşqin ən böyük həbsxanalarından biri olan Seydnayadakı bütün məhbusları azad ediblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin