Xəbər verdiyimiz kimi, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonuna start verilib.
“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsi olub.
MÖVZU İLƏ BAĞLI:
"YAŞAT" marafonu keçirilir
Bizim.Media xəbər verir ki, marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.
Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş etdirilib.
Bizim.Media