Ayı marketə girib işçini YARALADI – VİDEO

Hazırda oxunan: Ayı marketə girib işçini YARALADI – VİDEO

223351

Yaponiyanın şimalındakı Akita şəhərində ayı supermarketə girib və 3 gün orada qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb. 

Məlumata görə, ayı noyabrın 30-da supermarketə daxil olub və işçilərdən birinə hücum edərək onu yaralayıb. 

Yalnız üçüncü gün polis və fövqəladə hallar xidməti supermarketdə yerləşdirilən xüsusi sensor tor tələlər vasitəsilə ayını yaxalaya bilib. 

Qeyd edək ki, Yaponiyada, xüsusilə meşəlik və dağlıq ərazilərə yaxın şəhərlərdə ayılar tez-tez yaşayış məntəqələrində peyda olur, bəzən insanlara hücum edir. Məsələn, təkcə Akitada son bir ayda yaşayış məntəqələrində ayılara bir neçə dəfə rast gəlinib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin