Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alındı - FOTO/VİDEO

Hazırda oxunan: Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alındı - FOTO/VİDEO

222512

Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Bu barədə Bizim.Media-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Qeyd edilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7 565 ampula, 1 781 flakon, 10 207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1 238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin