"Yolumu kəsənlər çox olub. Bir gün İbrahim bəy mənə zəng etdi. Aramızda bir münasibə tolması haqda söz yayıldı. İbrahim Tatlısəs mənim atam, qardaşım olub, əlini öpmüşəm. Biz xəbər yayılanda, deyirik, Azərbaycandakılar eşidir.
Qayıtdı ki, böyüdün, sənətin tozunu uddun. Bəziləri sənətə gəlmək üçün nələrdənsə keçir. Bəziləri isə belə böhtana məruz qalır, sus.
Ondan öyrəndiyim susmaqdır. Heç kimin qapısını bağlamamışam, əksinə açmışam. Əgər sən mənim namusumla bağlı nəsə deyirsənsə, qarşında məni görərsən".
MÖVZU İLƏ BAĞLI:
Elza Seyidcahandan yeni ŞEİR: “Başıvı fırladan mənim, bədənimdir” – FOTO
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "ATV maqazin onlarla" verilişinin "33 sula" rubrikasında deyib.
Şəxsi həyatla bağlı suallara müğənni "Bəziləri deyir, bəxtsizsən, Allah çirkin şansı verərdi. Heç bir qadın çirkin deyil. Həyatda bəzi şeyləri yaşamalı idim, yaşadım. Alnım açıq, başım dik yaşayıram.
Bəxdim nə zaman yazılıbsa, nə sən, nə mən bilirəm. Bəlkə yalnız öləcəm. Bəzi şeylər həyatımda olub, dərs götürmüşəm.
Demirəm, yaxtam, təyyarəm, orada villam olsun. Çox şükür, qazanmışam, hər şeyi də etmişəm. Bir qadın hüzur, rahatlıq istəyir. Bir kişinin ona verə biləcəyi şey dəyərdi. Xəyanət etməsin. Yalan deyib, etiraf etdiyi üçün bağışlayaram.
Yalan deyir, başqasından eşidirəmsə, necə keçim? Kimə nə mənim həyatımdan? Atam, qardaşım, ailəm və özüm bilərəm. Bir də gələcək həyat yoldaşım bilər" , -deyə cavab verib.
Bizim.Media