Bakıda bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Hazırda oxunan: Bakıda bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

222275

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur;

- obyektin ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

- bəzi hissələrdə tavan və divarlar tezalışan üzlüklə üzlənib;

- ⁠obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin