Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yolunda inşasına start verilən körpüdə SON VƏZİYYƏT – FOTO/VİDEO

219178

Quba-Xınalıq yolunda uçan körpünün yenilənməsi üçün hazırlıq işləri davam edir. Hazırda ərazidə dağılan körpünün beton plitələrinin qalıqlarının təmizlənməsi işləri aparılır. Təmizlik işlərindən sonra yeni körpünün dərin özülü hazırlanacaq , yeni beton döşənməsindən sonra dayaqlar qoyulacaq. 

Bu barədə Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-nın yerli bürosuna məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Xınalıq yolunda uçan körpünün yerinə yenisi İNŞA OLUNUR – FOTO/VİDEO


O qeyd edib ki, yeni körpünün eni 6, uzunluğu 12 metr olacaq.

"Körpü-Bina Tikinti "MMC-nin inşa etdiyi yeni körpü hava şəraitindən asılı olaraq sürətlə inşa ediləcək. Körpünün o tayında qalmış 6 kəndin əhalisi isə körpünün hazır olmasını səbrsizliklə gözləyir.

Qeyd edək ki, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisindəki körpü iyulun 29-da güclü sel səbəbindən uçub. Nəticədə 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi çətinləşib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin