“Ermənistanda Qarabağ narı. Biz demirik, ermənilər iddia edir. Hər şey bu şəkillə başladı. İrəvanda bir bazar. Satılan narın üzərində ermənicə Qarabağ narı yazılıb. Fotonu çəkən erməni qadındır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV televiziyasının “Yekun xəbər” proqramında deyilir.
“Bazarda Qarabağ narını görüb hiddətindən ağlamaq istəyir. Onun bu paylaşımından sonra sosial şəbəkələrdə hay-küy başladı.
Qarabağ narı Ermənistanda necə satıla bilər? Bizim pullar necə azərbaycanlıların cibinə girə bilər? Klassik erməni düşüncəsi. Əslində bu narın doğrudan da Qarabağdan gəldiyi böyük sualdır. Düzdür, Azərbaycan narı və ya başqa bir məhsulu hansısa ölkə vasitəsilə Ermənistan bazarına çıxa bilər.
Məsələn, Gürcüstan və ya Rusiya vasitəsilə. Amma bu ehtimal o qədər də böyük deyil. Görünən odur ki, kiçik ehtimal belə ermənilərin isteriyasına bəs edib”, deyə aparıcı qeyd edib.
Daha ətraflı videomaterialda:
Bizim.Media