Xalq artisti Aygün Kazımovadan bu il Azərbaycanı "Eurovision-2021" mahnı müsabiqəsində təmsil edən gənc ifaçı Samirə Əfəndiyə dəstək gəlib.
Bizim.Media xəbər verir ki, Əfəndinin "Mata Hari" mahnısı fonunda rəqs edən Kazımova, həm də ürək və bayraq stikeri yerləşdirərək dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, Samirə Əfəndinin "Eurovision" üçün xüsusi olaraq hazırlanan geyimləri, Aygün Kazımovanın daha öncə istifadə etdiyi səhnə geyimlərinə bənzədilmişdi.
Səmra Xəlilbəyli, Bizim.Media