“Qərb Kiyevin nüvə bombasına sahib olmasına icazə verməyəcək və Kiyev Rusiyanı nüvə hücumu ilə hədələsə, o zaman Ukrayna yox olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko VGTRK jurnalisti Olqa Skabeevaya müsahibəsində bildirib.
Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenskinin nüvə silahı hazırlamaq ehtimalı ilə bağlı təhdidlərini rədd edib. O, Qərbin və Rusiyanın belə vəziyyətə yol verməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, “ən çox Qərb, anqlo-saksonlar nüvə münaqişəsindən qorxurlar” və buna imkan vermək istəmirlər.
Bundan əlavə, Belarus lideri qeyd edib ki, amerikalılar xaricdə oturmağa ümid edə bilər, lakin Avropanın dəstəyi olmadan onlar üçün hətta nüvə müharibəsi də aparmaq çətin olacaq:
“Avropa nüvə silahından istifadənin qəti əleyhinədir və bu, Qərb ölkələrinin mövqelərinə təsir edir”.
Bizim.Media