Türkiyənin daxili işlər naziri ilk dəfə Lotu Quli haqda danışdı – VİDEO

Hazırda oxunan: Türkiyənin daxili işlər naziri ilk dəfə Lotu Quli haqda danışdı – VİDEO

21738

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2020-ci ilin avqustunda Antalyada oteldə qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun yenidən Türkiyəyə gəlməsindən söz açıb.

Bizim.Media xəbər verir ki, Soylu bu barədə “TRT Haber” telekanalının efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritet Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları şərh edərkən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Lotu Quli” ilə Rövşən Lənkəranskinin tərəfdarları arasında atışma baş verdi – ANBAAN VİDEO


O xatırladıb ki, Türkiyədən deportasiya olunan Nadir Səlifov başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə gəlib.

Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov guya Türkiyədə polisin ölümü ilə bağlı qeydə alınan atışmanın iştirakçısı olub:

“Və bu səbəbdən saxlanıldı, sonra isə deportasiya edildi, ancaq yenidən geri döndü”.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin