Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında görüş yaxın həftələrdə baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İslandiyanın dövlət televiziya və radio şirkəti RUV-ya verdiyi müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin və Bayden Bakıda görüşə bilər
"Çox güman ki, prezidentlərimiz yaxın həftələrdə görüşəcək”, deyə Blinken qeyd edib.
Bir gün əvvəl Reykyavikdə Rusiya Federasiyası və ABŞ xarici əlaqələr qurumlarının rəhbərləri Sergey Lavrov və Entoni Blinken arasında görüş keçirilib. Bu, Blinkenin bu vəzifəyə təyin olunmasından sonra Lavrovla ilk əyani təmasıdır, əvvəllər iki dəfə telefonla danışıblar.
Bizim.Media