Rusiyalı jurnalist, “Var Gonzo” layihəsinin rəhbəri Semyon Peqov Şuşa uğrunda döyüşlərin son dəqiqələrini paylaşıb.
Bizim.Media xəbər verir ki, Peqov II Qarabağ müharibəsi zamanı çəkilən və əvvəllər yayımlanmayan kadrlardan ibarət sənədli film hazırladığını söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Peqova qarşı -“Bir ay bizi axmaq yerinə qoydun!”
Dəqiqə yarımlıq videokadrda isə Daşaltı-Şuşa istiqamətində erməni işğalçılarının mövqelərimizi atəşə tutması təsvir olunub.
“Şuşa uğrunda son döyüşlərdən biri... Daşaltı istiqamətində olduğmuz bu bölükdən çox az adam sağ qalıb. Döyüş iştirakçılarının xatirələrinə əsasən, şəxsi heyətin 60 faizdən çoxu ölüb. Yeni filmimizdə daha çox kadr görə biləcəksiniz”, - deyə Peqov yazıb.
Bizim.Media