Türkiyənin 36 vilayətində kürd hərbi-siyasi təşkilatı olan PKK ilə əlaqədə şübhəli bilinən 269 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özenen “X” hesabında məlumat verib.
Bu kütləvi həbslər oktyabrın 13-də Türkiyənin cənub-şərqində, Diyarbakır vilayətində təşkil edilən “Azadi” (Azadlıq) nümayişindən sonra baş verib.
Nümayiş hökumətin əvvəlki qadağasına baxmayaraq yüzlərlə insanı cəlb edib və iştirakçılar Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bütün bölgələrindən gəlib. Nümayişçilər PKK-nın qurucusu Abdullah Öcalanın azad edilməsini tələb ediblər.
Qeyd edilib ki, həmin gün sosial media hesablarında Separatçı Terror Təşkilatı liderinin fotosunu paylaşan 7️-si DEM Partiyasının deputatı olmaqla, ümumilikdə 1️3 səhifə admini də aşkarlanıb.
Bizim.Media