BDU-nun bufetindəki dönərdən zəhərlənən tələbələr danışdı – VİDEO

Hazırda oxunan: BDU-nun bufetindəki dönərdən zəhərlənən tələbələr danışdı – VİDEO

215692

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.

Bizim.Media xəbər verir ki, zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.

“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, - tələbələrdən biri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

BDU-da 18 tələbənin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – ÖZƏL


Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.

Daha ətraflı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin