Beton yolunun yanlış xətlənməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Beton yolunun yanlış xətlənməsi ilə bağlı AÇIQLAMA - VİDEO

215344

Zığ – Aeroport yolunun doğru xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış mexanik Sahil Ağabəyli görüntülər paylaşıb.

O iddia edib ki, sözügedən ərazidə MİDA-nın Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib.

Lakin buradan dönəndə, yanlız Zirə Dəniz limanına, sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür:

“Buranı keçdikdən sonra bütün yol düz xətlə ayrılıb. Üzü Qala qəsəbəsi istiqamətinə gedərkən Zirəyə tərəf dönmək istəsək biz gərək yolun sonuna qədər gedib çıxaq ki, ora qırıq-qırıq xətlə nişanlanıb. Bu da qəza şəraiti yaradır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, görüntülər ərazidə texniki iş aparılarkən lentə alınıb və işlər tam yekunlaşmayıbmış:

“Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılıb”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin