Kadırov: “Mən Putinin "layihəsi" və "piyada əsgəriyəm” - VİDEO

Hazırda oxunan: Kadırov: “Mən Putinin "layihəsi" və "piyada əsgəriyəm” - VİDEO

21534

“Mən Prezident Vladimir Putinin "piyada əsgəriyəm” və vəzifəmi qürurla yerinə yetirirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov “İnstagram”da canlı yayımda bir istifadəçinin "Putinin layihəsi" olub-olmadığı ilə bağlı sualına cavab verərkən səsləndirib.

“Bəli, deyə bilərsən ki, mən Putinin “layihəsi”yəm. Onun “piyada əsgəriyəm” və mənə həvalə olunan vəzifələri qürurla yerinə yetirirəm. Ən çətin dövrlərdə Prezidentimiz Vladimir Putin xalqımı dəstəklədi və respublikanın bərpasının nəticələri əsasən onun xidmətidir. İnamım belə bir liderə xidmət etməyə çağırır” deyə Kadırov qeyd edib.

Eyni zamanda, o, əlavə edib ki, Uca Tanrının qulu, xalqın xidmətçisidir.

2020-ci ilin iyununda Kadırov deyib ki, Putin 2024-cü ildə prezidentliyə namizədliyini mütləq verməlidir.

Çeçenistan rəhbəri vurğulayıb ki, bu, Rusiyanın suverenliyini qorumaq, təhlükəsizliyini təmin etmək və beynəlxalq nüfuzunu artırmaq üçün edilməlidir.

"Bu gün varis adlandırıla biləcək bir insan görmürəm, deyə o bildirib. - Heç bir siyasətçidə belə uzaqgörənliyi, müdrik siyasi qərarları, Vətənə, xalqa səmimi və dərin sevgini görmədim. Prezidentimizin varisi haqqında danışmağı yersiz hesab edirəm”. 

Mayın 7-də Çeçenistan başçısı Putini prezident vəzifəsinə başlamasının 21-ci ildönümü münasibətilə təbrik edib.

"Vladimir Putin böyük Vətənimizi total talanlardan qurtara bilib, güclü və müstəqil bir dövlətə çevirib", deyə o yazıb.

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin