İllər keçsə də gəlin - qaynana münasibətləri hər zaman öz aktuallığını qoruyub saxlaya bilir. Bir tərəfdə ailəsinə yeni üzv qəbul edən ana, digər tərəfdə isə alışdığı yaşam tərzini geridə buraxıb, tamamilə başqa bir ailəyə ayaq basan gəlin.
Bəzən bütün problemlər məhz belə bir psixoloji duruma hazır olmamaqdan qaynaqlanır. Sözsüz ki, gəlin-qaynana münasibətləri bir qayda olaraq dava-dalaş üzərində qurulmur. Bəzən gəlinlər qaynanaları ilə analarından daha çox anlaşırlar. İnsan xarakteri müxtəlif çalarlarda olduğu kimi hər bir münasibətdə individuallıq var.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda qızları öldürən SƏBƏB - VİDEOSORĞU
Bəs, əslində cəmiyyətə sağlam ailə və övladlar bəxş etmək üçün bu münasibətlər necə qurulmalıdır?
Hansı tərəf güzəştə getməyi bacarmalıdır? Qaynananın gəlinin üzərindəki hökmranlığına necə baxırsınız?
Bizim.Media olaraq, bu sualla şəhər sakinlərinə müraciət edib onların fikirlərini öyrənməyə çalışdıq.
Sözügedən videosorğunu təqdim edirik:
Bizim.Media