Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası keçirildi – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası keçirildi – YENİLƏNİB/VİDEO

214937

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasdan öncə nazirlər birgə foto çəkdiriblər. 

Əvvəl nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə görüşüblər. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məhdud tərkibdə keçirilən iclasda çıxış edib. Daha sonra Birlik ölkələri xarici işlər nazirləri şurasının plenar iclası baş tutub. 

Plenar iclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik çərçivəsində əməkdaşlığın perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, çağırışlara və təhdidlərə qarşı mübarizə məsələlərini, gündəmdə olan beynəlxalq və regional məsələlərin həllini, humanitar təmasların genişləndirilməsini müzakirə ediblər. 

Eyni zamanda nazirlər İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə hazırlıq məsələlərinə xüsusi diqqət yetiriblər. 

İclasda MDB XİN başçıları Şurasının növbəti iclasının gələn ilin aprel ayında Qazaxıstan paytaxtı Astanada keçirilməsi qərara alınıb. 

*** 13:07

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir. 

Qeyd edək ki, iclas çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur. 

İclasdan öncə nazirlər birgə foto çəkdiriblər. Daha sonra nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclas keçirəcəklər. Bakı vaxtı ilə saat 14-də xarici işlər nazirləri şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı keçiriləcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin