Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO

Hazırda oxunan: Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO

211900

Livanda Hizbullah hərəkatına məxsus rabitə cihazları partladılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
 

Məlumata görə, Livanda Hizbullah üzvlərinin daxili şifrəli mesajları ötürmək üçün istifadə etdikləri rabitə cihazlarında (peycerlərdə) eyni vaxtda bir neçə partlayış baş verib. Qurğular uzaqdan partladılıb və nəticədə 200-dən çox yaraqlı xəsarət alıb. 


Hizbullah sözçüsü Reuters-ə bildirib ki, bu, "təşkilatın indiyə qədər üzləşdiyi ən böyük təhlükəsizlik pozuntusu"dur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin