Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə müəlim, şagird və təhsil işçilərini təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, nazir öz təbrikində bildirib ki, bu gün ilk dəfə olaraq Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdikdən sonra Bilik Günü qeyd edilir:
“İnanıram ki, bu tədris ili hər birimiz üçün uğurlu olacaq. Bütün müəllim və şagirdlərimizə uğur arzulayıram”.
Həmin təbrik videosunu təqdim edirik:
Bizim.Media