Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında iğtişaşlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Voice of Israel” (“İsrailin səsi”) məlumat yayıb.
Bildirilib ki, nümayişçilərlə polis arasında toqquşma baş verib. Nümayişçilər birinci nəzarət-buraxılış məntəqəsini yarıblar.
Aksiya iştirakçıları ərazidə yanğınlar törədiblər. Polis aksiyanı qanunsuz elan edib. İğtişaşların təhrikçiləri saxlanılır.
Netanyahunun siyasətinə qarşı çıxan etirazın təşəbbüskarlarına görə, bu, “Qəzəb nümayişi” adlanır.
Bizim.Media