“Milli Məclisə seçiləcək yeni deputatımızdan çox şey gözləyirik”.
Bunu Bizim.Media-ya 75 yaşlı Qusar şəhər sakini Ramazan Babaverdiyev deyib.
Onun sözlərinə görə, xalqın seçdiyi millət vəkili müntəzəm olaraq camaatla görüşməli, problemlərlə maraqlanmalı və sözügedən məsələləri parlamentdə qaldırmalıdır.
Qusar sakini Adilə Məmmədova isə yeni seçiləcək deputatın aktiv fəaliyyət göstərməsinin vacib olduğunu qeyd edib.
Xatırladaq ki, 61 saylı Qusar seçki dairəsindən 7 namizəd deputat mandatı qazanmaq üçün mübarizə aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu