Ukrayna Moskva Neft Emalı Zavodunun ərazisinə PUA-larla hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.
O qeyd edib ki, PUA-lar vurulub, dağıntı və itki yoxdur.
Merin sözlərinə görə, daha bir PUA Moskvaya yaxınlaşarkən şəhərin Ramenski rayonunda vurulub.
Ümumilikdə 10 PUA-nın vurulduğu qeyd olunub.
Bizim.Media