Astarada dənizdə atan şəxslə baglı İrana da məlumat verilib - FOTO/VİDEO

Hazırda oxunan: Astarada dənizdə atan şəxslə baglı İrana da məlumat verilib - FOTO/VİDEO

Astarada dənizdə batan Şamxal Həsənzadə ilə bağlı İrana məlumat verilib. Axtarışlar intensiv şəkildə davam edir.
208303

Astarada dənizdə batan rayonun Kijəbə qəsəbə sakini  Şamxal Həsənzadənin axtarışları iki xüsusi qrup cəlb edilməklə davam edir. 

Bizim.Media xəbər verir ki, hadisə yerində çalışan Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin verdiyi məlumata görə batan şəxslə baglı qonşu ölkə  İran tərəfinə də məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Astarada dənizdə bir nəfər batıb, axtarışları davam etdirilir - VİDEO


Xatırladaq ki, dünən axşam saatlarında Xəzərin Astara hissəsində nəzarətsiz bölgədə üzən 5 nəfərdən biri - Şamxal Həsənzadə suda batıb.

Hazırda axtarışları davam edən şəxs nişanlı olmaqla ailənin böyük övladı imiş. Axtarışlar intensiv şəkildə və 18 nəfərlik qrupla davam etdirilir.










Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin