Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Çeçenistan xüsusi təyinatlı “Axmat” dəstəsinin komandiri Apti Alaudinov Ukrayna Silahlı Qüvvələrinin Sudja üzərində nəzarəti ələ keçirməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, Alaudinov bu barədə Ukrayna hərbçiləri və mediası Sudjadan fotoşəkilləri dərc etdikdən sonra bildirib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski: "Lazım gələrsə, Kursk vilayətində hərbi komendantlıqlar yaradılacaq" - VİDEO
O qeyd edib ki, Ukrayna silahlı qüvvələri Kursk vilayətinin Sudja şəhərinə nəzarət etmir:
“Şəhərdə rus bölmələri var və orada hər gün hərbi toqquşmalar baş verir. Ukrayna qüvvələri öz mövqelərini yalnız müvəqqəti saxlayırlar”.
General vurğulayıb ki, şəhərin və ətrafının bəzi yerlərində düşmənin olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin Sudja üzərində tam nəzarəti ələ aldığını iddia etmək düzgün deyil.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski daha əvvəl bildirmişdi ki, Ukrayna Kursk vilayətində 74 yaşayış məntəqəsinə, habelə Rusiya ərazisinin min kvadrat kilometrdən çox ərazisinə nəzarət edir. Bu rəqəmlər yaşayış məntəqələrinin və ərazilərin yalnız bir hissəsinin ələ keçirildiyini etiraf edən Moskvanın hesablamalarını xeyli üstələyir.
Bizim.Media