Quba-Xınalıq yolu artıq 2-ci gündür ki, 42-ci kilometrlik hissəsindən etibarən bağlıdır. Buna görə də, nəqliyyat vasitələri alternativ yoldan istifadə edirlər.
Bizim.Media-nın çəkiliş qrupu sel sularının dağıtdığı Əlik körpüsündə müşahidə aparıblar.
Müşahidələr onu göstərir ki, yerli sürücü və turistlər hələ də alternativ yolla gedib-gəlməyə hazır deyillər.
Onlar Xınalığa getmək üçün əsasən körpüsü uçan köhnə yola üstünlük verirlər.
Alternativ yol yeni olduğundan bu yolla gediş-gəlişə adət etməyən sürücülər Əlik körpüsünün tezliklə bərpa edilməsini istəyirlər.
Bunu Bizim.Media-ya Xaçmaz sakini olan taksi sürücüsü Zahid Dadaşov deyib.
2006-cı ildə inşa edilmiş Əlik körpüsünün yenilənəcəyi tarix isə hələ məlum deyil.
Quba FHK-nın sədri Tariyel İbrahimov deyir ki, iki gündür Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin mütəxəssisləri körpüyə baxış keçirirlər. Son qərarı onlar verəcəklər. Bütün aidiyyatı qurumlar bu barədə məlumatlandırılıb.
Çəkiliş qrupu Quba-Xınalıq yolunun 48-ci km-də yerləşən və Qudyalçayın üzərindəki digər körpünün də təhlükəli və qəzalı olduğunu müşahidə edib.
Sel suları bu körpünü də yararsız hala salıb. Yağışlar davamlı olsa, bu körpü də uça bilər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Multimedia
17:40 / 30.07.2024
Qubada selin dağıtdığı Əlik körpüsündən VİDEOREPORTAJ
Hazırda oxunan: Qubada selin dağıtdığı Əlik körpüsündən VİDEOREPORTAJ
Hazırda oxunan: Qubada selin dağıtdığı Əlik körpüsündən VİDEOREPORTAJ
Qubada selin dağıtdığı Əlik körpüsündən VİDEOREPORTAJ Quba-Xınalıq yolu artıq 2-ci gündür ki, 42-ci kilometrlik hissəsindən etibarən bağlıdır. Buna görə də, nəqliyyat vasitələri alternativ yoldan istifadə edirlər. Bizim.Media-nın çəkiliş qrupu sel sularının dağıtdığı Əlik körpüsündə müşahidə aparıblar.
204289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.