11 yaşlı Füruzənin faciəvi ölümü | Günahlandırılan həkim nələr danışdı? - VİDEO

Hazırda oxunan: 11 yaşlı Füruzənin faciəvi ölümü | Günahlandırılan həkim nələr danışdı? - VİDEO

203323

Oğuzun Yemişənli kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, kənd sakini, 11 yaşlı Füruzə Qədirovanın evlərinin yaxınlığındakı bağ sahəsində yelləncək hazırlamaq istəyərkən ipə dolanaraq öldüyü bildirilir.

Azyaşlının atası Nəbi Qədirov övladının ölümündə həkimləri günahlandırıb:

“Saytlarda yazırlar ki, balam intihar edib. Mənim övladım intihar etməyib. Evdən bir qədər aralıda, fındıq bağında qardaşı ilə birlikdə oynayırdılar. Mən gedəndə gördüm ki, artıq qızım yerdədir.

Həkimə yalvardım ki, balama iynə vurun, ürəyi zəif də olsa, döyünürdü, amma vurmadılar. Üzümə durdular ki, balam ölüb. Qızımı götürüb qayıdanda ayağı, qolları yığıldı, gözü açıldı. Nəfəs almaq istədi, ala bilmədi. Ondan sonra ağzından köpük gəlməyə başladı”.
Daha ətraflı BakuTV-nin süjetində: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin