Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, bıçaqlanan uşaqların qardaşı hadisə barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
Atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti AÇIQLANDI
“Mən yatmışdım, duranda gördüm ki, hər yer qandır. Qardaşlarımı bıçaqlamışdı. Məni də bıçaqlamaq istədi, amma qaçdım”, – o söyləyib.
Qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub.
“Səs gəldi, çölə çıxanda gördük ki, Əli yerdə çabalayır. İçəridən xəbərimiz yox idi. Evə girəndə isə gördük ki, digər oğluna da çoxsaylı bıçaq zərbələri endirib. Evin hər yeri qan idi”, – hadisə şahidi deyib.
Daha ətraflı BakuTv-nin süjetində:
Bizim.Media