Doqquz il öncə Gürcüstanda iş adamı Beso Xardzianini öldürən azərbaycanlı Fərid Qurbanov Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Bizim.Media Gürcüstan mətbuatına istinadən məlumat verir ki, həbs edilən peşəkar qatil Fərid Qurbanov Gürcüstana ekstradisiya olunacaq.
Bildirilib ki, Fərid Qurbanov əməli tək törətməyib. Onunla birlikdə əməli törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Oleq Doev isə hələdə axtarışdadır. Hadisə ilə bağlı yerli prokrorluqda cinayət işi açılıb. Qatilin ömürlük həbs cəzası alması gözlənilir.
Xatırladaq ki, 28 mart 2015-ci ildə iş adamı Beso Xardzianini öldürmək məqsədi ilə Fərid Qurbanov Rusiya vətəndaşı Oleq Doevlə birlikdə iş adamının Vakedəki evində arxadan ona silahla atəş açıb. Hadisə nəticəsində Beso Xardziani klinikaya gətirildikdən az sonra dünyasını dəyişib.
- A-
- A
- A+
Multimedia
10:50 / 23.07.2024
Gürcüstanlı iş adamını öldürən azərbaycanlı Türkiyədə həbs edildi – VİDEO
Hazırda oxunan: Gürcüstanlı iş adamını öldürən azərbaycanlı Türkiyədə həbs edildi – VİDEO
Hazırda oxunan: Gürcüstanlı iş adamını öldürən azərbaycanlı Türkiyədə həbs edildi – VİDEO
203204
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.