Rusiyada 13-cü mərtəbədən yıxılan qadın sağ qalıb.
Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, 22 yaşlı qadın Novosibirskdə hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən qazona düşüb, daha sonra heç nə olmamış kimi durub gedib.
Qeyd olunub ki, xəstəxanada ona ağciyərin əzilməsi diaqnozu qoyulub və heç bir sınığının olmadığı müəyyən edilib.
Bizim.Media