Lavrovdan ETİRAZ: “Bütün ölkələr BMT Nizamnaməsinə sadiq deyil” - VİDEO

Hazırda oxunan: Lavrovdan ETİRAZ: “Bütün ölkələr BMT Nizamnaməsinə sadiq deyil” - VİDEO

Lavrovdan ETİRAZ: “Bütün ölkələr BMT Nizamnaməsinə sadiq deyil” - VİDEO. Rusiya XİN başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək NATO-nun ehtiyatsız genişlənməsinin Ukrayna böhranına səbəb olduğunu vurğulayıb.
202312

“Beynəlxalq hüquqi nizamın əsasları sınaqdan keçirilir. Bütün ölkələr BMT Nizamnaməsinə sadiq deyil, ABŞ onun müstəsnalığına əmindir. Həmçinin Minsk razılaşmaları da daxil olmaqla, BMT-nin bir çox qətnamələrinə məhəl qoyulmur. ABŞ-ın Yaxın Şərqlə bağlı qətnamələrə sabotajı haqqında sonsuz danışa bilərik”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Lavrov qeyd edib ki, NATO-nun ehtiyatsız genişlənməsi 2014-cü ilin fevralında təşkil edilən çevrilişlə başlayan Ukrayna böhranına da səbəb olub:

“Ukraynada azlıqlar məsələsinin boğulması böhranı daha da pisləşdirir”.

Rusiya XİN başçısı Oruellin “Heyvan ferması” hekayəsindən sitat gətirib:

“Bütün heyvanlar bərabərdir, lakin bəziləri digərlərindən daha bərabərdir”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin