Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb, kartları isə hələ də verilmir.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları çıxış ediblər.
İşçilər bildirib ki, yeni yardılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işə qəbul ediliblər. Bundan sonra isə onların maaşında azalma olub, müəyyən güzəştlər hesablanmayıb.
İşçilər həmçinin bildirib ki, hazırda təcili yardım avtomobillərinin hamısı işlək vəziyyətdə deyil. Cəmi 3-4 maşınla şəhərdəki çağrışlarına gedirlər.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 200-dən artıq işçi çalışır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media