Biləsuvarda avtomobil yanıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitəsi Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində yanıb.
"Ford" markalı minik avtomobili hərəkətdə olarkən yanmağa başlayıb. Yanğın qısa zamanda avtomobilin digər hissələrinə keçib və nəqliyyat vasitəsinin salonu və ətraf hissələr yanıb.
Qeyd edək ki, "Ford" markalı 07-BB-600 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili Lənkəran şəhər rayon polis şöbəsinin keçmiş rəis müavini Cavanşir Novruzovun ailəsinə aiddir.
Sabutay, Bizim.Media, Cənub bürosu