“BBC Five Live” nəşrinin idman şərhçisi Con Hantın ailəsində faciə baş verib. O, işdən sonra malikanəsinə qayıdanda arvadının (61 yaş) və iki qızının (25 və 28 yaş) cəsədlərini aşkar edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” yazıb.
Polisdən bildiriblər ki, hər üç şəxsin əlləri bağlanılıb və sonradan güllələnib.
Polis qatili axtarmağa başlayıb. Hadisədə idman şərhçisinin öldürülən qızlarından birinin keçmiş sevgilisi olan Enfilddən olan 26 yaşlı Kayl şübhəli bilinir. Polis onun silahlı və çox təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Yerli sakinlərə ona yaxınlaşmamaq və polisə müraciət etmək tövsiyə olunub.
Bizim.Media