Xəbər verdiyimiz kimi, Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb.
Bizim.Media xəbər verir ki, sammitin iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə Azərbaycanın əfsanəvi müğənnisi Rəşid Behbudovun ifa etdiyi “Ey Vətən” mahnısı səslənib.
Ziyafətdə Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edib.
Dillərdə əzbər olan nəğməni Qazaxstanlı müğənni Alişer Kərimov ifa edib.
Xatırladaq ki, A.Kərimov sözügedən bəstəni bu il Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalında da səsləndirib.
Qeyd edək ki, “Ey Vətən” mahnısının musiqisi Elza İbrahimovaya, sözləri isə Aslan Abdullayeva məxsusdur.
Rəşad Əliyev, Bizim.Media