3 polisi qətlə yetirən şəxs anasının arxasında GİZLƏNİBMİŞ – VİDEO 

Hazırda oxunan: 3 polisi qətlə yetirən şəxs anasının arxasında GİZLƏNİBMİŞ – VİDEO 

Bu gün Bakının Şüvəlan qəsəbəsində polis əməkdaşlarını qətlə yetirən şəxs atışma zamanı anasını sipər edib. Keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.
198740

Bu gün Bakının Şüvəlan qəsəbəsində polis əməkdaşlarını qətlə yetirən şəxs atışma zamanı anasını sipər edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Baku TV”nin hazırladığı videosüjetdə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Belə ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin